“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsinin bağlanış mərasimi keçirilib

11/03/2025 00:58
110

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsinin bağlanış mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” uğurla başa çatıb.

Bağlanış mərasimində layihə rəhbəri Gülnarə Babayeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər layihənin həyata keçirilməsi prosesindən, əldə olunan uğurlardan və qarşıya qoyulan məqsədlərə çatmaq üçün görülən işlərdən danışıblar.

Layihə çərçivəsində üç ay ərzində təşkil olunan təlimlərdə valideynlər və müəllimlər psixososial mühitin yaxşılaşdırılması üçün vacib olan bilik və bacarıqlarla tanış olublar. Təlimlərdən sonra onlar birgə şəkildə şagirdlər üçün seminarlar təşkil etdilər. Bu seminarlar uşaqların cəmiyyətə düzgün inteqrasiyası, ünsiyyət bacarıqları və psixoloji rifahının qorunması kimi vacib mövzuları əhatə edib.

Layihənin nəticələri göstərdi ki, müəllim və valideynlərin sıx əməkdaşlığı məktəb daxilində sağlam psixososial mühitin formalaşmasına mühüm töhfə verir. Layihə çərçivəsində qazanılan bilik və təcrübənin gələcəkdə də davam etdirilməsi və digər təhsil müəssisələrində tətbiq olunması tövsiyə olundu.

Tədbirin sonunda layihənin uğurla başa çatmasına töhfə verən bütün iştirakçılara təşəkkür edilib və gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

16/06/2025 21:44
6

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb.

26/05/2025 15:17
57

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası

19/05/2025 23:14
60

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

29/04/2025 19:43
83

İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub

17/04/2025 17:19
107

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

02/04/2025 16:19
123

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb