XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19/05/2025 23:14
60

19 may tarixində Bakı Dövlət Universitetində V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. 

Qeyd edək ki, aprel ayından etibarən Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün hazırlıq dərsləri təşkil olunub. Bu dərslər XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq məqsədi daşıyıb və seçim imtahanının sualları məhz bu dərslərdə öyrədilən mövzular əsasında hazırlanıb.

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nüfuzlu beynəlxalq elm olimpiadaları sırasında yer alır. Olimpiada nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki raundlardan ibarətdir. Qaliblər medal və fəxri adlarla təltif olunurlar.

Seçim imtahanının nəticələrinə əsasən müəyyən edilən 5 nəfərlik komanda 11–21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək. Seçilmiş şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadaya qədər davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan məktəbliləri artıq 4 ildir ki, bu mötəbər olimpiadada iştirak edirlər və bu müddət ərzində 7 dəfə fəxri ada layiq görülüblər.

Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. V Azərbaycan Astronomiya Olimpiadası və hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir. Bu kimi layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

16/06/2025 21:44
3

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb.

26/05/2025 15:17
57

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası

29/04/2025 19:43
83

İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub

17/04/2025 17:19
106

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

02/04/2025 16:19
123

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

24/03/2025 21:44
126

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!