XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası

26/05/2025 15:17
57

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası

19 may 2025-ci il tarixində V Azərbaycan Astronomiya Olimpiadası qaliblərinin iştirakı ilə XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (İOAA 2025) seçmə imtahanı keçirilib.

Seçmə imtahanının nəticələrinə əsasən, ölkəmizi təmsil edəcək 5 nəfərlik komanda üzvləri müəyyən olunub:

- Oqtay Lətifli – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi; 
- Məhəmməd Cəfərli – Bakı şəhəri, Texniki Humanitar Liseyin 10-cu sinif şagirdi; 
- Raiq Babazadə – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi; 
- Elvin Məcidov – Bakı şəhəri, 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi; 
- Aqil Güləliyev – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.

V Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə baş tutur.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası (İOAA 2025) 10–20 avqust tarixlərində Hindistan Respublikasının Mumbay şəhərində keçiriləcək.

Ölkəmizi təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!

16/06/2025 21:44
3

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb.

19/05/2025 23:14
59

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

29/04/2025 19:43
82

İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub

17/04/2025 17:19
105

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

02/04/2025 16:19
123

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

24/03/2025 21:44
125

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!