V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02/04/2025 16:19
445

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb.

 

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. İki mərhələdən ibarət olimpiadanın republika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib. Toplam balın ən az 75%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıb.

 

Martın 15-də Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən olimpiadanın final mərhələsində olimpiadanın respublika turunu uğurla keçən 100-dən artıq şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 7-si birinci yerə, 11-i ikinci yerə, 10-u isə üçüncü yerə layiq görülüb. Qaliblərin siyahısı ilə aşağıdakı "Qaliblər" hissəsindən tanış ola bilərsiniz.

 

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

 

V Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və  “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir.  Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyilə baş tutur.

 

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

 

Qaliblər.

 

16/12/2025 12:11
47

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək

11/12/2025 08:57
61

İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb

11/12/2025 08:44
62

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb

27/11/2025 21:30
87

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb

22/10/2025 15:38
291

Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi

15/10/2025 17:07
229

“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib