“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

15/10/2025 17:07
229

 

“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

 

14 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən “ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib. Tədbir Park Bulvar Ticarət Mərkəzində yerləşən Tusi-Bohm Planetariumunda baş tutub.

Layihə rəhbəri Nağıyev Faiq açılış nitqində layihənin məqsədlərindən və qrant çərçivəsində görülən işlərdən danışıb. O vurğulayıb ki, layihənin əsas məqsədi astronomiya sahəsində təhsilin və marağın artırılması, həmçinin məktəblilər və tələbələr üçün azərbaycandilli tədris resurslarının genişləndirilməsidir.

Kitab haqqında Tusi-Bohm Planetariumunun direktoru və Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçısı Famil Mustafa təqdim edib. O qeyd edib ki, belə bir kitabın Azərbaycan dilində nəşri, artan maraq fonunda, olimpiada iştirakçıları üçün vacib və zəruri bir addımdır.

Kitabın tərcüməsində iştirak edən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları — Nazim Hüseynov və Kamal Hüseynov öz çıxışlarında tərcümə prosesi və elmi redaktə zamanı qarşılaşdıqları maraqlı məqamlar barədə danışıblar.

Tədbirin sonunda iştirakçılar planetarium zalında nümayiş olunan elmi-populyar filmi izləyib və xatirə şəkli çəkdiriblər.

16/12/2025 12:11
47

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək

11/12/2025 08:57
61

İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb

11/12/2025 08:44
62

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb

27/11/2025 21:30
87

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb

22/10/2025 15:38
291

Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi

08/09/2025 15:40
264

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib