Talibandan Pakistana ərazi iddiası

18/02/2024 04:23
195

Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər nazirinin köməkçisi və Talibanın mühüm fiqurlarından olan Şir Muhəmməd Abbas Stanekzayi Pakistanı narahat edəcək açıqlamalar verib.

"Reels.az" xəbər verir ki, siyasətçi SSRİ-nin Əfqanıstanı tərk etməsi münasibətilə Loqar vilayətində təşkil olunan tədbirdə çıxışı zamanı Pakistanla sərhədi müəyyənləşdirən Durand xəttini sərhəd kimi tanımayacaqlarını bildirib. 
Stanekzayi şərq qonşularının ərazisində puştunların çoxluqda yaşadığı ərazilərə iddiasını dilə gətirib. Bu məntəqələri nəzərdə tutan Taliban rəsmisi Pakistanın ölkədəki etnik puştunlardan Əfqanıstana getmək üçün viza tələb etməsini "qəbuledilməz" adlandırıb. 

"Durand xəttini tanımırıq. Bu gün Əfqanıstanın yarısı həmin xəttin digər tərəfində qalıb. Durand ingilislərin əfqanların qəlbinə cızdığı bir yaradır. Qonşumuz olan ölkə (Pakistan) əfqanları amansız şəkildə qovur və ölkələrnə qayıtmağı tələb edir" - Stanekzayi deyib. 
Pakistanın Xarici İşlər Nazirliyi bu açıqlamalara münasibət bildirərək onların tarixi, coğrafi və beynəlxalq hüququ dəyişdirməyəcəyini qeyd edib. 
Xatırladaq ki, Durand xətti 1893-cü ildə müəyyənləşdirilib. Bu sərhəd Talibandan öncəki Əfqanıstan hökumətləri tərəfindən də tanınmamışdı. 

29/02/2024 23:59
183

Parliament calls on the EU to give Ukraine whatever it needs to defeat Russia

29/02/2024 18:26
249

Wagner in Africa: How the Russian mercenary group has rebranded

25/02/2024 05:38
1141

Dollar və avro GÖRÜN NEÇƏYƏ OLDU

25/02/2024 00:38
1000

Xocalıda erməni evindən tapılan kasetlər ŞOK etdi - FOTO

22/02/2024 19:12
207

ABŞ prezidenti Vladimir Putini təhqir etdi

22/02/2024 02:59
181

Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH